Türkiyənin Kocaeli şəhərinin Derince limanında baş vermiş partlayış zamanı yaralananların sayı 13-ə çatıb.
Modern.az-ın məlumatına görə, bu barədə TRT məlumat yayıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
***
16:17
Türkiyənin Kocaeli şəhərinin Derince limanında baş vermiş partlayışda xəsarət alanların sayı artıb.
Modern.az-ın məlumatına görə, Kocaeli valisi Seddar Yavuz yaralıların sayının 10-a çatdığını bildirib.
***
Türkiyənin Kocaeli vilayətinin Derince bölgəsində güclü partlayış olub.
Modern.az xəbər verir ki, günorta saatlarında bölgənin sahilə yaxın hissəsində partlayış səsi eşidilib.
Hadisənin Torpaq Məhsulları Ofisinin siloslarının yerləşdiyi ərazidə baş verdiyi bildirilir. Partlayışın səbəbi məlum deyil, ərazidə tüstü və toz buludu müşahidə edilir. Yerli KİV bildirir ki, partlayış gəmiyə taxıl yükləyən zaman baş verib.
Bölgəyə xilasetmə, tibb və polis işçiləri göndərilib.
İlkin məlumata görə, partlayış zamanı 4 nəfər yaralanıb. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.