Amerikalı müğənni Beyonse konsertindən çıxan pərəstişkarlarının evə rahat qayıda bilməsini təmin etmək üçün 100 min dollar pul ödəyib.
Modern.az xəbər verir ki, bu barədə "Independent" nəşri yazıb.
Məlumata görə, müğənninin bazar günü Vaşinqtonda baş tutan konserti əlverişsiz hava şəraitinə görə 2 saat gecikib. Beyonse konsert iştirakçılarının evlərinə rahat getməsini təmin etmək məqsədilə paytaxt metrosunun 1 saat artıq işləməsi üçün 100 min dollar ödəyib.
Nəşr yazır ki, vəsait 98 stansiyanın sərnişinlərə xidmət etməsini təmin etmək üçün nəzərdə tutulub.