Modern.az

Sarkozi dedi ki, ruslar sabah Tbilisidə olacaq - Saakaşvili

Sarkozi dedi ki, ruslar sabah Tbilisidə olacaq - Saakaşvili

Dünya

8 Avqust 2023, 16:38

Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Fransanın sabiq lideri Nikola Sarkozinin 2008-ci ildə imzalanması üçün Tbilisiyə gətirdiyi atəşkəs sazişinə dair danışıqların təfərrüatlarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, eks-prezident Sarkozinin 15 il əvvəl ona atəşkəs sazişini imzalamalı olduğunu söylədiyini deyib.

 

“Sarkozi mənə dedi ki, əgər atəşkəs sazişini imzalamasan, ruslar sabah Tbilisidə olacaq, Putin səni öldürməkdə qərarlıdır. Mən qoşun göndərə bilmərəm və Buş (ABŞ-ın ovaxtkı lideri Corc Buş) da göndərməyəcək. O, bu ifadəni dəfələrlə təkrarlayıb. Moskvanın şərtləri ilə məni atəşkəs imzalamağa inandırdı”, - Saakaşvili feysbuk hesabında yazıb.

 

“ Lex Kaçinski(Polşanın sabiq prezidenti-red)  belə bir razılaşmanın tətbiq olunduğunu biləndə görüşə qoşulmağa çalışdı, lakin Fransa tərəfi buna getmədi”, - Saakaşvili əlavə edib.

 

Burada söhbət Saakaşvilinin imzalamaqdan imtina etdiyi “Cənubi Osetiya və Abxaziyanın statusu gələcəkdə beynəlxalq danışıqlar nəticəsində müəyyən edilməlidir” bəndindən gedirdi.

 

Qeyd edək ki, Gürcüstanın hazırkı hakimiyyəti Rusiya ilə müharibəyə görə Mixail Saakaşvilini ittiham edir. Baş nazir İrakli Qaribaşvili bugünkü çıxışında Saakaşvilini Rusiyaya işləməkdə günahlandırıb.

Bu xəbər ilə bağlı
Baş nazir Saakaşvilini Rusiyaya işləməkdə ittiham etdi
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir