Modern.az

Almaniya Ukraynaya 25 "Leopard" göndərir

Almaniya Ukraynaya 25

Dünya

9 Avqust 2023, 17:07

Almaniya Ukraynaya 25 ədəd "Leopard 1A5" tankı tədarük edəcək.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, tanklar əvvəllər elan edilmiş hərbi texnika tədarükünə əlavə olaraq Kiyevə göndəriləcək.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri