Modern.az

Əsəd Ərdoğanla görüş barədə DANIŞDI

Əsəd Ərdoğanla görüş barədə DANIŞDI

9 Avqust 2023, 17:24

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşməsi ilə bağlı danışıb.

 

Modern.az xəbər verir ki, Əsəd bu mövzuya "Sky News Arabia"ya müsahibəsi zamanı toxunub.

 

"Ərdoğanla onun şərtləri altında görüşmək ola bilməz", - Əsəd qeyd edib.

 

O, ölkəsinin ərazisindən istifadə olunmaqla narkotik ticarətinin həyata keçirilməsində "Suriyada xaos yaradan ölkələr"i günahlandırıb.

 

Qeyd edək ki, Ərdoğan Əsədlə görüşməyə qapalı olmadığını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu