Rusiya Ukraynanın Zaporojye şəhərinə raket zərbələri endirib.
Modern.az xəbər verir ki, bu barədə yerli rəsmilər məlumat yayıb.
Məlumata görə, raket yaşayış məntəqəsinə düşüb.
Zərbədən əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Zaporojyeyə raket təhlükəsi olduğunu elan edib və bundan dərhal sonra teleqram kanalları şəhərdə güclü partlayış baş verdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski yazıb ki, ilkin məlumata görə, raket hücumu nəticəsində 3 nəfər həlak olub.