Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensio öldürülüb.
Modern.az xəbər verir ki, o, prezident seçkiləri ərəfəsində naməlum şəxslər tərəfindən güllələnib.
Siyasətçi paytaxt Kitoda keçirilən tədbirdən sonra şəxsi avtomobilində hücuma məruz qalıb. Məlumata görə, onun başına üç güllə dəyib.
Ekvador prezidenti Gilyermo Lasso da Villavisensionun ölüm xəbərini təsdiqləyib. O, "şok və qəzəb" içində olduğunu və hücumun cəzasız qalmayacağını bildirib.
Qeyd edək ki, Ekvadorda prezident seçkiləri avqustun 20-də keçiriləcək. Villavisensio seçki kompaniyasında narkotik kartellərinə qarşı mübarizə aparacağını bildirirdi. O, bir müddət əvvəl narkotik qaçaqmalçıları tərəfindən təhdid edildiyini açıqlamışdı.