Modern.az

Ərdoğan 57 şəhərin valisini dəyişdi

Ərdoğan 57 şəhərin valisini dəyişdi

Dünya

10 Avqust 2023, 09:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 57 şəhərin valisini dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə qərar hökumətin və Türkiyə Milli Təhlükəsizlik Şurasının bu həftə keçirilən iclaslarında qəbul edilib.

 

Dəyişikliklərin hansı səbəbdən edildiyi barədə məlumat verilməyib.

 

Xatırladaq ki, avqustun 2-də Ərdoğanın əmri ilə Türkiyənin 52 vilayətinin təhlükəsizlik idarələrinin rəhbərləri dəyişdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir