Xəbər verdiyimiz kimi, Malatyada zəlzələ baş verib.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, zəlzələ nəticəsində Battalgazi rayonunda yerləşən tərk edilmiş bina dağılıb.
Malatya valisi Hulusi Şahinin sözlərinə görə, küçədə yoldan keçən bir uşaq ayağını sındırıb.
"O, xəstəxanaya aparılıb. Bir neçə dəfə eyvandan tullanma faktı var”, - deyə Şahin bildirib.