Modern.az

Bayden Konqresdən 13 milyard dollar istədi

Bayden Konqresdən 13 milyard dollar istədi

Dünya

11 Avqust 2023, 00:37

ABŞ Prezidenti Co Bayden Konqresdən Ukrayna üçün 13 milyard dollar hərbi yardım istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

 

Bildirilir ki, Bayden bundan əlavə Ukrayna və digər ölkələrə əlavə iqtisadi və təhlükəsizlik yardımı üçün 8,5 milyard dollar ayırmağı xahiş edib.

 

Ümumilikdə ABŞ lideri Konqresdən 40 milyard dollar məbləğində əlavə maliyyə istəyib. Bu məbləğə ABŞ-da təbii fəlakətlərin aradan qaldırılması üçün 12 milyard dollar, sərhədlərin mühafizəsi üçün isə 4 milyard dollar da daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir