Modern.az

Zelenski bütün hərbi komissarları işdən çıxardı

Zelenski bütün hərbi komissarları işdən çıxardı

Dünya

11 Avqust 2023, 16:23

Ukrayna prezidenti Volodimir Zelenski bütün regional hərbi komissarların işdən çıxarılması barədə qərar qəbul edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekunları üzrə verilib.

 

Onun sözlərinə görə, işdən çıxarılan əməkdaşları “cəbhədən keçmiş hərbçilər" əvəz edəcək.

 

“Artıq hərbi komissarlığa qarşı ümumilikdə 112 cinayət işi var. Bu hallar ölkənin müxtəlif regionlarında qeydə alınıb: Donetsk, Poltava, Vinnitsa, Odessa, həmçinin Kiyev və Lvov", - Zelenski qeyd edib.

 

Qərarın icrası Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zaluznıya həvalə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir