Ukrayna Prezidentini ofisinin rəhbəri Andriy Yermak Böyük Britaniya ilə təhlükəsizlik təminatları üzrə danışıqlara başlandığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
O qeyd edib ki, zəmanətlə bağlı danışıqlar bundan əvvəl ABŞ-la aparılıb.
“Amerikalı həmkarlarımızdan sonra biz Böyük Britaniyadan olan dostlarımızla başladıq. Həqiqətən də Britaniya əsas yardım baxımından bizim əsas strateji tərəfdaşlarımızdan biri olan və müharibənin ilk günündən, yəni fevralın 24-dən Ukrayna ilə çiyin-çiyinə dayanan ölkədir”, - deyə Yermak bildirib.
Qeyd edək ki, NATO-nun Vilnüsdə keçirilən sammiti nəticəsində ölkələr Ukrayna ilə təhlükəsizlik təminatlarına dair sazişlərin bağlanacağına dair razılığa gəliblər. Sammitin yekunu üzrə bəyannamədə qeyd olunub ki, G7 ölkələri ikitərəfli razılaşmalar əsasında Ukraynanın müdafiə qabiliyyətini və təhlükəsizliyini təmin etməyi öhdələrinə götürüblər.