Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömurəliyev İstanbulda Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə TDT-nın mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər TDT-nin gündəliyində duran məsələləri və üzv dövlətlər arasında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əməkdaşlığı müzakirə ediblər.
Baş katib vitse-prezident Yılmaza təşkilatın fəaliyyəti, o cümlədən qarşıdan gələn TDT 10-cu Sammitinə hazırlıq barədə məlumat verib.