ABŞ Misiri Ukraynaya silah verməyə təhrik edir.
Modern.az xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri yazıb.
Qəzetin yazdığına görə, Qahirə rəsmi olaraq Vaşinqtonun çağırışlarını birmənalı şəkildə rədd etmir, lakin qeyri-rəsmi danışıqlarda Misir rəsmiləri belə planlarının olmadığını bildirirlər.
Bildirilir ki, Vaşinqton artilleriya mərmiləri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və odlu silahlar istəyib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin mart ayında Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə silah tədarükünü gündəmə gətirib.