ABŞ-nin Havay ştatının Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Maui dairəsinin idarəsi məlumat yayıb.
Ştatın qubernatoru Coş Qrin qurbanların sayının artacağını istisna etməyib.
Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb, insanlar yanğından uzaqlaşmaq üçün okeana üzüblər. Onlar sahil mühafizəçiləri və könüllülər tərəfindən xilas ediliblər.
1960-cı ildə Hilodakı sunami nəticəsində təsdiqlənmiş 61 ölüm hadisəsini üstələyən Lahaina yanğını rəsmi olaraq Havay adalarının əyalət tarixindəki ən ölümcül təbii fəlakətinə çevirir.