Türkiyə ordusunun İraqın şimalında keçirdiyi "Pəncə-Kilit" əməliyyatı davam edir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat çərçivəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.
"Qəhrəman Türk Silahlı Qüvvələrimiz terrorçulara dəmir yumruq vurmağa davam edir. İraqın şimalında "Pəncək-kilid əməliyyatı" bölgəsində müəyyən edilən 3 PKK terrorçusu zərərsizləşdirilib", - açıqlamada deyilir.