Modern.az

ABŞ-a casusluq edən Çin vətəndaşı tutuldu

ABŞ-a casusluq edən Çin vətəndaşı tutuldu

Dünya

12 Avqust 2023, 15:31

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq etməkdə şübhəli bilinən Çin vətəndaşı saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizliyi Nazirliyi məlumat yayıb. 

 

Nazirliyin "WeChat" kanalında hərbi sənaye sektorunda çalışan Zeng adlı Çin vətəndaşının İtaliyada ABŞ kəşfiyyatı tərəfindən agent kimi işə götürüldüyü bildirilib.

 

"Zeng, əlavə araşdırmalar üçün hərbi sənaye qrupu tərəfindən İtaliyaya göndərilmişdi. O, MKİ agenti ilə burada tanış olub. Orada ikisi arasında yaxın bir əlaqə yaranıb və Zeng psixoloji olaraq MKİ agentindən getdikcə daha çox asılı olub. Agent Zengdən Çin ordusu ilə bağlı həssas məlumatlar istəyib",- məlumda deyilir.

 

Hadisələrin nə zaman baş verdiyi barədə məlumat verilməsə də, MKİ agenti olduğu iddia edilən şəxsin 1971-ci il təvəllüdlü olduğu və adının "Seth" olduğu qeyd edilib.

 

Nazirlik Zengin ailəsinə "külli miqdarda pul" verildiyini, eləcə də onlara Amerikaya köçmək  vəd edildiyini söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir