Modern.az

Azərbaycan, İran və Rusiyanın nazir müavinləri görüşdü

Azərbaycan, İran və Rusiyanın nazir müavinləri görüşdü

Dünya

12 Avqust 2023, 16:13

Azərbaycan, İran və Rusiya energetika nazirlərinin müavinlərinin görüşü olub.

 

Modern.az xəbər verir ki, görüş Rusiyanın paytaxtı Moskvada baş tutub.

 

Görüş zamanı İran, Azərbaycan və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi müzakirə olunub.

 

Nazir müavinləri layihələrin həyata keçirilməsi üçün ən son texniki tədbirləri nəzərdən keçiriblər.

 

Bundan əvvəl iyulun 16-da İranın energetika naziri Əli Əkbər Mehrabyan bəyan etmişdi ki, İran və Rusiya Azərbaycan Respublikası vasitəsilə elektrik enerjisi mübadiləsi aparacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir