Britaniya Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin Kiyevə səfər edib.
Modern.az yerli mətbuata istinadən xəbər verir, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə görüşüb.
.
Zalujnı Radakini döyüş meydanındakı vəziyyət, Ukrayna hərbçilərinin hücum və müdafiə hərəkətləri barədə məlumatlandırıb.
Ali rütbəli zabitlər Ukrayna ordusunun təcili ehtiyaclarını müzakirə ediblər.