Bu gün Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsi bomba iddiasına görə boşaldılıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, naməlum şəxsin qüllədə bomba partladacağı barədə şayiələr yayılıb.
Məlumata görə, həmin şəxs bunu yerli televiziya kanallarından birinə zəng edərək bildirib.
Hadisədən sonra Eyfel qülləsində geniş təhlükəsizlik tədbirləri görülüb və daha sonra yenidən ziyarətçilərin üzünə açılıb.