Türkiyənin İstanbul şəhərində yerləşən 3 mərtəbəli tarixi bina uçub.
Modern.az TRT-yə istinadən xəbər verir ki, hadisə təmir işləri zamanı baş verib.
Dağıntılar altında qalan 2 nəfər ətrafdakıların köməkliyi ilə çıxarılıb. Yaralılardan biri həyatını itirib.
Hadisənin səbəbləri barədə araşdırma aparılır.