Modern.az

Krım körpüsünə hücum cavabsız qalmayacaq - Zaxarova

Krım körpüsünə hücum cavabsız qalmayacaq - Zaxarova

Dünya

12 Avqust 2023, 20:25

Ukrayna silahlı qüvvələrinin Krım körpüsünə hücumları cavabsız qalmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib .

 

“Biz bu terror aktlarını qətiyyətlə pisləyirik. Krım körpüsü sırf mülki infrastruktur obyektidir, ona hücumlar qəbuledilməzdir. Ötən ilin payızından bu cür hücumlara məruz qalıb", - o deyib.

 

Qeyd edək ki, bu gün, avqustun 12-nə keçən gecə körpüyə 20 pilotsuz uçuş aparatı ilə hücum edilib.

 

Daha sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi körpünün üzərindən S-200 raketinin vurulması barədə məlumat yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir