Türkiyənin Burdur vilayətində meşə yanğını başlayıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, yanğın vilayətin Bucak rayonunda baş verib.
Hadisənin səbəbi hələlik bəlli deyil.
Yanğının söndürülməsi üçün bölgəyə 2 helikopter, 5 təyyarə və çoxlu sayda canlı qüvvə cəlb edilib.