Modern.az

Avropa qiyamçılara qarşı yeni sanksiyalar hazırlayır

Avropa qiyamçılara qarşı yeni sanksiyalar hazırlayır

Dünya

12 Avqust 2023, 23:08

Avropa İttifaqı (Aİ) Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerdə demokratiyanı bərpa etmək səylərinə dəstək olaraq bu ölkəyə qarşı sanksiyalar hazırlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

 

“Aİ ECOWAS dövlət başçılarının avqustun 10-da Nigerdəki vəziyyətlə bağlı ikinci fövqəladə sammitində qəbul etdiyi qərarları, xüsusən də mövcud böhranın diplomatik həllini axtarmaq istəyini alqışlayır. Avropa İttifaqı ECOWAS-ın göstərdiyi səyləri tam dəstəkləyir və Nigerin yeni rəhbərliyinə qarşı fərdi sanksiyaların tətbiq etməklə onların praktikada həyata keçirilməsinə töhfə verməyə hazırlaşır”, - deyə Aİ-nin ali nümayəndəsi qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir