Modern.az

ABŞ-də koronavirusa yoluxma ARTIR

ABŞ-də koronavirusa yoluxma ARTIR

Dünya

13 Avqust 2023, 09:35

ABŞ-nin Nyu-York daxil olmaqla, bir sıra ştatlarında koronavirusa yoluxma hallarında artım qeydə alınıb.

 

Modern.az "New York Post" (NYP) nəşrinə istinadən xəbər verir ki, yu-York ştatının Səhiyyə Departamentinin avqustun 2-nə olan məlumatına görə, COVID-19-a yoluxanların sayı əvvəlki həftə ilə müqayisədə 55% artıb.

 

Bildirilir ki, ştatda gündə orta hesabla 824 insan virusa yoluxur. Eyni zamanda, yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsi halları 22% artıb.

 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bir həftə ərzində ölkə daxilində 8 min nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

 

İnfeksiya hallarının artması immunitetin azalması ilə izah olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir