Modern.az

Suriyada ABŞ bazaları atəşə tutuldu

Suriyada ABŞ bazaları atəşə tutuldu

Dünya

13 Avqust 2023, 12:47

Suriyanın şərqindəki Deyr əz-Zor və Həsəkə əyalətlərində ABŞ-nin üç hərbi obyektinə raket zərbələri endirib.

 

Modern.az Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, mümkün tələfat və ya obyektlərə dəyən ziyan barədə məlumat verilməyib.

 

Bundan əvvəl Suriyanın Həsəkə əyalətində ABŞ hərbi bazasında partlayışlar baş verib.

 

Həmçinin bildirilib ki, avqustun 10-da ABŞ koalisiyasının təyyarələri və pilotsuz təyyarələri sutka ərzində 18 dəfə Suriyanın hava məkanını pozub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir