İranın Şiraz şəhərində Şah Çərəx məscidinə hücum nəticəsində 4 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Hücum edənlərdən biri saxlanılıb, digəri qaça bilib.
Məlumata görə, hücum edənlərdən biri ziyarətgaha daxil olaraq oradakı insanlara atəş açıb.
Hadisə zamanı 7 nəfər yaralanıb Məscidin ətrafı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.
BBC-nin məlumatına görə, İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
***
20:35
İranın Şiraz şəhərində silahlı hücum baş verib..
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı 2 nəfər ölüb. Ölənlərin hər ikisi ziyarətgahın nümayəndələridir.