Modern.az

Britaniyadan İsveçdəki vətəndaşlara xəbərdarlıq: Terror ola bilər...

Britaniyadan İsveçdəki vətəndaşlara xəbərdarlıq: Terror ola bilər...

Dünya

13 Avqust 2023, 23:16

Britaniya Xarici İşlər Nazirliyi İsveçdəki vətəndaşlarına ölkədə baş verə biləcək terror aktları barədə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

“Çox güman ki, terrorçular İsveçdə əməliyyatlar keçirməyə cəhd edəcəklər. İctimai yerlərdə yüksək səviyyədə sayıq olmanız tövsiyə olunur”, - Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Açıqlamada İsveçdə nümayişlərin ola biləcəyi bildirilir.

 

“amümkün qədər nümayişlərdən uzaq durun və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl edin”, - Britaniya Xarici İşlər Nazirliyi tövsiyə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir