Modern.az

Havay adalarında meşə yanğını - 93 nəfər ölüb 

Havay adalarında meşə yanğını - 93 nəfər ölüb 

Dünya

14 Avqust 2023, 08:13

ABŞ-ın Havay ştatında ötən həftə başlayan meşə yanğınları nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, yanğınlar nəticəsində 2 mindən çox bina dağılıb və ya məhv olub, 900 hektar meşə sahəsi yanıb.

 

Daha minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb və müvəqqəti sığınacaqlara yerləşdirilib.

 

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti fövqəladə vəziyyət elan edib.

 

İlkin hesablamalara görə, dəymiş ziyan təxminən 6 milyard dollar dəyərində qiymətləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir