Türkiyənin Bursa vilayətində qəribə toy mərasimi yaşanıb.
Modern.az İHA-ya istinadən xəbər verir ki, hadisə vilayətin Merkez Osmanqazi rayonunda olub.
Belə ki, rayonun Emek məhəlləsində gəlini götürməyə gələn toy karvanındakı şəxslər məşəl yandırıblar. Daha sonra onlar havaya kütləvi şəkildə atəş açmağa başlayıblar. Ov tüfəngi və tapançalardan açılan atəş səslərini eşidən sakinlər panika yaşayıb.
Mərasim iştirakçıları heç nə olmamış kimi, gəlinə götürərək toyun keçiriləcəyi məkana yollanıblar.