Modern.az

Hindistan Çinlə sərhədə 68 min əsgər yığdı

Hindistan Çinlə sərhədə 68 min əsgər yığdı

Dünya

15 Avqust 2023, 12:10

Hindistanın Ladax bölgəsində hərbi aktivlik müşahidə edilir.

 

Modern.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

 

Bildirilir ki, Hindistan Hərbi Hava Qüvvələri Ladaxın şərqinə böyük miqdarda hərbi texnika, o cümlədən 68 min əsgər, 330 döyüş maşını, 90 tank, bir neçə artilleriya silahı, idarə olunan silahlar və radarlar yerləşdirib.

 

Hindistan və Çin arasında sərhəd münaqişəsinin həlli üçün 19-cu danışıqların bu ay keçirilməsi planlaşdırılır. İclasda Hindistanın baş naziri Narendra Modi və Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir