Modern.az

İraqlı mühacirlər yenidən Quranı yandırdı - VİDEO

İraqlı mühacirlər yenidən Quranı yandırdı - VİDEO

Dünya

15 Avqust 2023, 08:32

İsveçin paytaxtı Stokholmda yenidən müqəddəs Quran kitabı yandırılıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Stokholmda parlament binasının yaxınlığında paytaxt polisinin icazəsi ilə nümayiş keçirilib. 

 

Aksiyanın təşkilatçıları nifrətin qızışdırılmasına görə haqlarında cinayət işi açılmış iraqlı miqrantlar Salvan Momika və Salvan Najem olub. Onlar aksiya zamanı Quranın bir neçə səhifəsini yandırıblar .

 

Mintorgeti meydanına 20-si jurnalist olmaqla 60-a yaxın insan toplaşıb. Momika və Najem müqəddəs kitabın bir nüsxəsini təpikləyib, onun üzərində çıxıb və sonra kitabın vərəqlərini yandırdılar. Baryerin yanında dayanan müsəlmanlar müqəddəs kitabın yandırılmsına etiraz ediblər.

 

Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada Quranın nümayişkəranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib. Danimarka hökuməti Quranın yandırılmasını qadağan etmək üçün hərəkətə keçib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir