Modern.az

Dağıstanda matəm elan olundu

Dağıstanda matəm elan olundu

Dünya

15 Avqust 2023, 09:28

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxsaylı tələfatla əlaqədar matəm elan olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Dağıstanın başçısı Sergey Melikov məlumat verib.

 

Hadisə avqustun 14-də axşam Mahaçqalada avtoservisdə yanğın baş verib. Sonradan alov yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib və partlayış baş verib.

 

Partlayış nəticəsində 27 nəfər həlak olub, 100 nəfər xəsarət alıb. Ölənlərin üçü uşaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir