Modern.az

Alman nazir səfərini təxirə saldı - Təyyarəsi nasaz imiş

Alman nazir səfərini təxirə saldı - Təyyarəsi nasaz imiş

15 Avqust 2023, 10:28

Almaniyanın xarici işlər naziri Annalena Berbok Avstraliyaya səfərini təxirə salıb.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, buna səbəb təyyarə problemi olub.

 

Belə ki, hökumət təyyarəsindəki texniki nasazlıqlar səbəbindən Almaniyanın xarici işlər naziri Əbu-Dabidən uça bilməyib.

 

Nəticədə Berbok Hind-Sakit okean regionuna 1 həftəlik səfərini ləğv etmək qərarına gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək