Böyük Britaniyada 3 Bolqarıstan vətəndaşı Rusiyanın xeyrinə casusluqda ittiham olunub.
Modern.az BBC-yə istinadən xəbər verir ki, onlar fevral ayında saxlanılıb və o vaxtdan həbsdədirlər.
Təqsirləndirilən şəxslər Orlin Russev, Bizer Cambazov və Katrin İvanovadır. Onların hamısı uzun illərdir ki, Böyük Britaniyada yaşayırlar.
Onlarla bağlı 9 müxtəlif ölkə üzrə saxta sənədlər tapılıb: Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya.
Hazırda araşdırmalar aparılır.