"Avropa İttifaqı Missiyasının patruluna heç bir atəş açılmayıb".
Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyasının X platformasındakı paylaşımında deyilir.
"Biz sərhəd boyunca patrul aparırırq və məsuliyyət zonasındakı atəş açılması halları da daxil olmaqla, hərbi yenilikləri Brüsselə məruzə edirik", - deyə qeyd olunub.
❌No #EUMA patrol has been the target of shooting.
— European Union Mission in Armenia (@EUmARMENIA) August 15, 2023
ℹ️ We patrol alongside the ??-?? border areas and report to ??Brussels on military developments, including shooting incidents in our area of responsibility. pic.twitter.com/I5Ojkset7w
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi də təkzib bəyanatı yaymışdı: "Avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil".
Qeyd olunur ki, bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır.
"Bildiririk ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır", - Nazirlik bildirib.
"Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür".