Gürcüstanın Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində torpaq sürüşməsi nəticəsində itkin düşmüş şəxslərin axtarışları davam etdirilir.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, avqustun 15-də günün ikinci yarısında daha bir nəfərin cəsədi torpaq altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. Daha 7 nəfər itkin düşmüş şəxsin axtarışı isə davam etdirilir. Nazirlikdən verilən məlumata görə, ümumilikdə fəlakətin episentrindəki torpaq kütləsinin 90 faizi artıq yoxlanılıb - 18 yerdə isə axtarış işləri davam etdirilir.
Qeyd edək ki, avqustun 3-də Oni bələdiyyəsinin Şovi kurort zonasında torpaq sürüşməsi baş verib. Nəticədə 26 nəfər ölüb, 28 nəfər yaralanıb, daha 7 nəfərin isə axtarışları davam edir. 210 nəfər təbii fəlakət zonasından təxliyə olunub.