Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Urojayne yaşayış məntəqəsini Rusiya işğalından azad edib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bu barədə məlumat verib.
Urojayne kəndində Rusiya ordusunun möhkəmləndirilmiş ərazisi olub. Ukrayna ordusu bu ay kəndə hücuma başlayıb.
Ötən həftənin sonunda “New York Times” analitiklərə, ukraynalı rəsmilərə və rusiyalı hərbi bloqçulara istinadən yazıb ki, Ukrayna Silahlı Qüvvələri dağıdılmış Staromayorskoye kəndi ərazisində möhkəmlənib və Urojayneyə doğru irəliləyir.