Keçmiş FTB agenti Çarlz Makqoniqal məhkəmədə rus oliqarx Oleq Deripaska üçün işlədiyini etiraf edib.
Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.
O, Deripaska adından rəqibi, "Norilsk Nikel" şirkətinin rəhbəri Vladimir Potaninin kompromatlarını toplayıb. Bunun üçün keçmiş FTB agenti 17.5 min dollar alıb. İndi onu 5 ilə qədər həbs gözləyir.
Makqoniqal ABŞ-ın Deripaskaya qarşı sanksiyalarını pozmaq üçün sui-qəsddə günahkar olduğunu etiraf edib və dərin peşman olduğunu bildirib.