Şimali Koreya lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putinə teleqram göndərib.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Ümumi məqsədlərə və böyük işlərə nail olmaq üçün ölkələrimiz həmişə həmrəylik nümayiş etdirəcək, bir-birini güclü şəkildə dəstəkləyəcək, daim qələbələr qazanacaq. Fürsətdən istifadə edərək, Rusiya hökumətinə, ordusuna və xalqına atəşli salamlarımı çatdırıram, Putinə cansağlığı və məsuliyyətli işində uğurlar arzulayıram", - teleqramda deyilir.