Ermənistanın diasporla iş üzrə baş komissarı Zare Sinanyan və İranın Ermənistandakı yeni səfiri Mehdi Sübhani arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Çoxəsrlik Ermənistan-İran əlaqələrinin əhəmiyyəti, ikitərəfli münasibətlərdə erməni diasporunun rolu və yeni əməkdaşlıq imkanlarının mövcudluğu müzakirə edilib", - deyə məlumatda qeyd olunub.
Görüş zamanı regional əhəmiyyətli mövzulara və təhlükəsizlik məsələlərinə toxunulub.