Modern.az

Litva Belarusla sərhədini qismən bağlayıb

Litva Belarusla sərhədini qismən bağlayıb

Dünya

16 Avqust 2023, 15:22

Litva hakimiyyəti Belarusla sərhəddə iki sərhəd-keçid məntəqəsinin bağlandığını elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

 

Bildirilib ki, Litva hökuməti Belarusla 6 sərhəd keçid məntəqəsindən ikisində işi dayandırmaq qərarına gəlib. Avqustun 18-dən etibarən "Şumskas-Loşa" və Tveryaçyus-Vidzı" sərhəd-keçid məntəqələri bağlanacaq.

 

Rəsmi Vilnüs "Vaqner" muzdlularının törədə biləcəyi mümkün təhlükələrə cavab olaraq belə bir qərar qəbul edib. Addım geosiyasi vəziyyətə adekvat cavab vermək, eləcə də qaçaqmalçılığın qarşısını almaq məqsədi daşıyır.

 

Bir sıra litvalı siyasətçilər Belarusun tam təcrid olunmasında və bütün sərhəd-keçid məntəqələrinin bağlanmasında israrlıdırlar. Litva Polşa və Latviya ilə birlikdə Belarusla sərhəddə gücləndirilmiş nəzarət tətbiq edib.

 

Ötən ay bu ölkələrin prezidentləri NATO-nun baş katibini Rusiya və Belarusun yaratdığı təhlükələrə qarşı tədbir görməyə çağırıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir