Modern.az

Yuxarı Larsda ötürmə qabiliyyəti azalacaq

Yuxarı Larsda ötürmə qabiliyyəti azalacaq

Dünya

16 Avqust 2023, 16:44

Gürcüstanla Rusiya arasındakı Yuxarı Lars keçid məntəqəsinin ötürmə qabiliyyəti azala bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

 

Nəzarət-keçid məntəqəsinin işində dəyişiklik avqustun 17-26-da nəzərdə tutulan gediş-gəliş zolaqlarının asfaltlanması ilə bağlıdır. İşlər əvvəlcə 12 sərnişin zolağında, daha sonra isə 8 yük zolağında aparılacaq.

 

Rusiya Federal Gömrük Xidməti vətəndaşlara və yükgöndərənlərə bu zaman alternativ nəqliyyat marşrutlarını nəzərdən keçirməyi tövsiyə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi