Modern.az

Avropa və ABŞ-ın maraqları üst-üstə düşmür - Sarkozi

Avropa və ABŞ-ın maraqları üst-üstə düşmür - Sarkozi

Dünya

17 Avqust 2023, 08:30

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Ukraynadakı münaqişənin həlli üçün diplomatiyanı yeganə məqbul yol hesab edir və kompromislərin zəruri olduğuna inanır.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Le Figaro" qəzetinə müsahibəsində deyib.

 

"Diplomatiya və danışıqlar münaqişənin mümkün həllini tapmaq üçün yeganə yol olaraq qalır. Kompromis olmadan heç nə işləməyəcək, vəziyyətin hər an nəzarətdən çıxması riski var", - Sarkozi bildiririb.

 

O qeyd edib ki, Avropa “riskə getməli və çıxılmaz vəziyyətdən çıxış yolu tapmalıdır, çünki burada Avropanın maraqları Amerikanın maraqları ilə üst-üstə düşmür”.

 

Sarkozi Ukraynanın gələcəkdə də “neytral ölkə”, “Avropa ilə Rusiya arasında körpü” olaraq qalmalı olduğu ifadə edib.

 

"Və Ukraynanı Şərqlə Qərb arasında seçim etməyə məcbur etmək, mənə elə gəlir ki, bu mürəkkəb regionun tarixi və coğrafiyasına ziddir", - o vurğulayıb

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir