"Rusiyanın “Red Wings” aviadaşıyıcısının texniki səbəblərdən uçuşları dayandırması səbəbindən 1.2 mindən çox Rusiya Federasiyası vətəndaşı Türkiyənin Antalya kurortunda ilişib qalıb".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Yerxov deyib.
"Türkiyədə tüğyan edən meşə yanğınları ilə bağlı vəziyyət praktiki olaraq rus turistlərə təsir etməyib", - o qeyd edib.