Modern.az

18 min insanın həyatına son qoyan zəlzələnin 24-cü ili - FOTOLAR

18 min insanın həyatına son qoyan zəlzələnin 24-cü ili - FOTOLAR

Dünya

17 Avqust 2023, 09:59

Türkiyədəki Mərmərə zəlzələsindən 24 il ötür.

 

Modern.az xatırladır ki, 1999-cu il avqustun 17-də episentri Türkiyənin Kocaeli vilayətinin İzmit rayonu yaxınlığında yerləşən 7.8 ballıq zəlzələ ölkə tarixinin ən böyük zəlzələlərindən biri kimi tarixə düşüb.

 

Yerli vaxtla 03:02-də qeydə alınan silkələnmənin ocağı yerin 17 kilometr dərinliyində yerləşib. Zəlzələnin təsiri bütün Mərmərə bölgəsini, o cümlədən İstanbulu da əhatə edib. 

 

Təbii fəlakət nəticəsində Mərmərə dənizində dalğanın hündürlüyü 3 metrə qədər çatıb. Rəsmi məlumatlara görə, hadisə zamanı 18 373 nəfər ölüb, 48 901 isə nəfər yaralanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir