Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb.
Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə fərman imzalayıb.
Qərara əsasən ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik noyabrın 15-dək uzadılır.
Buna görə Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri ləğv ediləcək. Yerli qanunvericilik hərbi vəziyyətdə səsverməni qadağan edir.