"Ukrayna müharibədədir. Cəbhədə döyüşməyənlər isə döyüşməyə kömək etməlidirlər".
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski rəsmi teleqram kanalında yazıb.
"Ölkənin bütün adrenalini, ölkənin bütün emosiyaları, ölkənin bütün qüvvələri orada olmalıdır - dövlət naminə döyüşlərdə. Ukrayna üçün. Bu, ilkin səbəbdir. Hər hansı digər və ya şəxsi səbəblər biz qalib gəldikdən sonra gələcək", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.