Müharibə başlayandan Odessa limanında blokadada qalan Almaniyaya məxsus yük gəmisi Ukrayna sularını problemsiz tərk edib.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Şirkət yük gəmisinin təhlükəsiz keçməsini mümkün edən bütün tərəflərə təşəkkür edib. Gəmi təxminən 30 min ton yükdən ibarət 2100-dən çox konteynerlə İstanbula gedir.
Bu, Odessa limanında ilişib qalan gəmilərin Qara dənizi keçərək xarici dövlətlərin sahillərinə çatması üçün nəzərdə tutulmuş “humanitar dəhliz” üzrə Odessa limanını tərk edən ilk gəmi olub.