"Türkiyə hakimiyyəti Ukrayna limanlarından gələn taxıl daşıyan gəmilərin Bosfor boğazından keçməsinə zəmanət verməyə hazırdır".
Modern.az xəbər verir ki, “Haber Global” telekanalı Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən bu barədə yazıb.
“Bildiyimizə görə, Ukraynadan gəmilər getmir. Əgər onlar hərəkət etsələr, Bosfordan buraxılacaqlar", - deyə telekanal sitat gətirib.
İyulun 18-də Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutan taxıl sazişində iştirakını dayandırıb. Taxıl tədarük edən ticarət gəmiləri üçün Ukrayna müvəqqəti dəniz dəhlizləri açıb.